Modern.az

Azərbaycanda 8 ədəd şəxsi təyyarə kimə məxsusdur? - ARAŞDIRMA

Azərbaycanda 8 ədəd şəxsi təyyarə kimə məxsusdur? - ARAŞDIRMA

3 Aprel 2014, 13:40

Dünyanın inkişaf etmiş ölkələrində zəngin şəxslərin şəxsi təyyarələri var. Dəyəri milyon dollarlarla ölçülən şəxsi təyyarələr bu insanların təkcə xarici səfərləri zamanı deyil, həm də ölkədaxili səyahətlərində istifadə olunur.
Modern.az saytının məlumatına görə, Azərbaycanda da mülki şəxslərə hava nəqliyyatı vasitələrinin idarə olunmasına icazə verilməsi üçün qanun qəbul olunub. Belə ki, bununla bağlı qəbul olunan “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” qanunla Azərbaycanda şəxsi təyyarələr almaq istəyənlərə icazə verilib.

Azərbaycanda bir neçə şəxsi təyyarənin olduğu barədə informasiyanı dəqiqləşdirməyə çalışan əməkdaşımıza Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından ölkədə kiminsə adına şəxsi təyyarə qeydiyyata alınmadığı bildirilib. Amma öyrəndik ki, şəxsi təyyarə tipində kiçik tutumlu 6, iri tutumlu 2 hava gəmisi mövcuddur. Şəxsi sayılmasa da, “Qolfstrim” tipli kiçik tutumlu 6 ədəd hava gəmisi var. Onlardan 1-i “Azərbaycan Hava Yolları”na, 5-i isə “Silkway Holdinq” şirkətinə məxsusdur.

“Azərbaycan Hava Yolları”ından bu barədə məlumat ala bilməsək də, “Silkway Holdinq” şirkəti məlumatı təsdiqlədi. Şirkətin tərkibindəki “Business aviation”dan bildirdilər ki, 5 ədəd “Qolfstrim” tipli kiçik tutumlu; 2 ədəd iri tutumlu, orta məsafəyə uçan, geniş salonlu, VİP nümayəndələr üçün Boeing-727-200 və yaxın məsafəyə uçan, VİP salonlu ATR-42-500 təyyarələri “Business aviation”a məxsusdur.

Gültəkin ƏLƏSGƏR  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir