Modern.az

Bu il də zəvvarları Bakıdan Məkkəyə “Air France” aviaşirkəti aparacaq

Bu il də zəvvarları Bakıdan Məkkəyə “Air France” aviaşirkəti aparacaq

İqtisadiyyat

3 Aprel 2014, 15:49


“Həcc ziyarətinə sənədlərin qəbulu bu ilin fevral ayından başlayıb. Bildiyiniz kimi, Həcc ziyarətinə avtobusla səfərlər 3 ildir ləğv olunub, yalnız təyyarə vasitəsilə həyata keçirilir”.
Bu barədə Modern.az-a açıqlama verən QMİ-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov zəvvarların sayının təxminən ötən ilki hüdudda, yəni 3500-3600 nəfər olacağını, ziyarət xərclərinin və uçuşları həyata keçirən aviaşirkətin dəyişmədiyini vurğuladı.

Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsi (QMİ) həyata keçirir.  Ziyarətçilər üçün nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalanlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4100 manatdır.
Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın “Air France” aviaşirkəti təşkil edəcək.

Gülşən Raufqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!