Modern.az

“Təhsil haqqında” Qanuna əlavələr növbədənkənar sessiyaya göndərildi

“Təhsil haqqında” Qanuna əlavələr növbədənkənar sessiyaya göndərildi

4 İyun 2010, 15:28

Modern.az saytı xəbər verir ki, bu gün Milli Məclisin Elm və Təhsil Komitəsində “Təhsil haqqında” Qanuna əlavələr müzakirə olunub.

Komitənin sədri Şəmsəddin Hacıyev bildirib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərdiyi layihədə özəl təhsil müəssisələrinin gəlirlərinin azı 2 faizini elmi-tədqiqat işlərinə yönəltmək məsələsi əksini tapıb. Elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi isə qrant şəklində həyata keçiriləcək. Müzakirələr zamanı deputatlardan YAP sədrinin müavini, icra katibi Əli Əhmədov, Gövhər Baxşəliyeva, Bəxtiyar Əliyev, Astan Şahverdiyev, Əhməd Vəliyev və başqaları layihə barədə təkliflərini bildiriblər. Qeyd olunub ki, bu dəyişiklik elmin inkişafına xidmət edir və özəl ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin aparılması işini sürətləndirəcək. İclasda “Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə də baxılıb.

Məcəlləyə təklif olunan əlavədə ali və orta ixtisas təhsil müəssisələrinin “tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaması və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə məsuliyyət nəzərdə tutulub. Bu qaydaları pozan hüquqi və vəzifəli şəxslər 200 maatdan 3000 manatadək məbləğdə cərimələnəcəklər. Sonda hər iki layihə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

 

Modern.az

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir