Modern.az

Sosiskasından qurd çıxan məşhur şirkət AÇIQLAMA verdi: “Bütün işçilər ayağa qaldırılıb”

Sosiskasından qurd çıxan məşhur şirkət AÇIQLAMA verdi: “Bütün işçilər ayağa qaldırılıb”

5 Aprel 2014, 14:10

Azərbaycanda müxtəlif çeşidli kolbasa və sosiska istehsalı ilə tanınmış “Səhliyalı” şirkətinin istehsalı olan “Halal nemət, 1000 bərəkət” markalı məhsulun içindən qurd şıxması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Şirkətin “Halal nemət, 1000 bərəkət” markalı “Sacüstü sosiskaları”nın içindən qurd tapan istifadəçi məhsulun şəklini çəkərək sosial şəbəkələrdə yayıb.

Bu xəbər qısa müddətdə şirkətə də çatıb və artıq məsələ ilə əlaqədar araşdırmalara başlanıb. Hazırda şirkətin bütün əməkdaşları faktı araşdırmağa çalışır.

Maraqlıdır ki, “Səhliyalı” MMC-dən Modern.az saytına bildirdilər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Bütün bunlara baxmayaraq araşdırma aparırlar.

“Şəkildə də görünür ki, onun yanındakı kolbasa məhsulunun üzərində etiket olsa da, digərində şirkətə məxsus heç bir etiket yoxdur. Yəni həmin məhsulun bizim şirkətə aid olması şübhə yaradır. Odur ki, hazırda şirkətin bütün əməkdaşları bununla bağlı araşdırmalar aparırlar”.

Qeyd edək ki, “Səhliyalı” şirkəti 1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi fəaliyyətə başlayıb.





Gültəkin ƏLƏSGƏR

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü