Modern.az

Umud Rəhimoğlu İsrailin girov götürdüyü türkiyəli jurnalistə məktub ünvanlayıb

Umud Rəhimoğlu İsrailin girov götürdüyü türkiyəli jurnalistə məktub ünvanlayıb

Qarabağ

7 İyun 2010, 12:24

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu mayın 30-da Fələstinə humanitar yardım aparan gəmidə yer alan Avrasiya Qəzetçilər Dərnəyinin rəhbəri, İsrail tərəfindən girov götürülmüş jurnalist Murad Palavara məktub ünvanlayıb. Məktubda deyilir: “Əziz qardaşım!  Bu il mayın 25-də Avrasiya Qəzetçilər Dərnəyi İdarə Heyətinin Azərbaycanda səfərdə olan üzvləri ilə keçirilən  görüşdə Dərnəyin  başqan vəkili Osman Savaç  Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan gəmi heyətinin tərkibinə qatılmaq üçün sizin təcili Türkiyəyə döndüyünüz və görüşdə iştirak edə bilməyəcəyiniz barədə məlumat vermişdi. Çox təəssüf edirik ki, xoş məramla hazırlanan və həyata keçirilən bu humanitar aksiya insanlığa ləkə gətirən, günahsız adamların ölümü ilə nəticələnən bir reaksiya ilə qarşılandı. Humanitar yardım aparan bütün gəmi heyətinin və şəxsən Sizin yaşamalı olduğunuz bu acı olay bizi üzdü. Min kərə təəssüf ki, barış elçiləri hələ də gül-çiçəklə, alqışla qarşılanmır, humanitar aksiyaya ürəklə qoşulanlar sərtliklə, təzyiqlə üzləşməli olurlar”.

 

BAMF sədri məktubda rəhbərlik etdiyi qurumun hər zaman sülhün, əmin-amanlığın tərəfində olduğunu, “Evdə sülh, ölkədə sülh, cahanda sülh!” devizini seçərək konfliktlərin barışla sonuclanması üçün daim səy göstərdiyini də vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir