Modern.az

Lənkərandakı yay məktəbindən şəkillər

Lənkərandakı yay məktəbindən şəkillər

Qarabağ

8 İyun 2010, 17:21

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi və UNICEF – lə birgə “Sağlam Düşün, Sağlam Yaşa, Sağlam Ol” adlı layihə çərçivəsində iyunun 5-dən başlayaraq Lənkərandakı “Palıdlı sahil” istirahət mərkəzində 6 günlük təlim kursu təşkil edib. Modern.az xəbər verir ki, yay məktəbində Lənkəran, Astara, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Saatlı rayonları və paytaxtdan 13 - 15 yaşlı 50 nəfər uşaq və yeniyetmə iştirak edir.

ARGTMŞ-nin sədri millət vəkili Fuad Muradov bildirib ki, y

ay məktəbinin təşkilində başlıca məqsəd, region və paytaxt gəncləri arasında sağlam həyat tərzinin təbliği, liderlik bacarıqlarının aşılanması, erkən nigah, zorakılıq kimi halların qarşısının alınmasıdır. İştirakçılara uşaq hüquqları, gənclərin iştirakı və liderlik, ayrı – seçkilik, tolerantlıq üzrə təlimlər keçirilir və intellektual və fiziki oyunlar təşkil olunur.

Modern.az tədbirdən şəkilləri təqdim edir.

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir