Modern.az

Cəlilabadda 15-dən çox adamı elektrik cərəyanı vurub

Cəlilabadda 15-dən çox adamı elektrik cərəyanı vurub

30 Sentyabr 2009, 13:19

Cəlilabad rayonunda faciə baş verib. Sentyabrın 29-da axşam saatlarında rayonun Badamağacı kəndində 10 kilovat gücündə olan elektrik xəttinin dırəkləri aşıb. Nəticədə elektrik məftilləri ilə telefon xətləri birləşib. Sonradan kəndə elektrik enerjisi kəndə verilərkən 30-dan çox evdə telefonlar eyni vaxtda zəng çalmağa başlayıb. Telefona cavab verənlərin hamısını elektrik cərəyanı vurub. Nəticədə 2 nəfər ölüb, 15-dək adam müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Faktla bağlı rayon hüquq-mühafizə orqanları araşdırma aparırılar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?