Modern.az

Deputat Azərbaycanda yeni rayonun yaradılmasını təklif edib

Deputat Azərbaycanda yeni rayonun yaradılmasını təklif edib

8 İyun 2010, 19:19

Modern.az saytı xəbər verir ki, Milli Məclisin iyunun 8-də keçirilən iclasında Hərbi Doktiranın müzakirəsi zamanı deputat Nazim Məmmədov Azərbaycanda yeni rayonun yaradılması təklifi ilə çıxış edib. Millət vəkili qeyd edib ki, Hərbi Dokitanının qəbulundan sonra Ermənistan ilə sərhəd bölgələrində infrastruktur daha da gücləndirilməli, yolların, körpülərin standartlara cavab verməsi üçün iş aparılmalıdır.

N.Məmmədov deyib: “Təklif edirəm ki, bu mənada Gədəbəydə böyük işlər görülməlidir. Şınıx bölgəsində ətraf kəndlər hesabına yeni rayon yaradılmalıdır. Bu rayonun inzibati ərazi vahidləri, inzibati strukturları təsdiq edilməlıdir. Hesab edirəm ki, biz bununla sərhədyanı bölgələrdə insanların sosial rifanı gücləndirmiş olacağıq, müharibədə əziyyət çəkmiş insanlar üçün bu vacib məsələdir”.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər