Modern.az

Rusiyada ötən il 461 uşaq özünü öldürüb

Rusiyada ötən il 461 uşaq özünü öldürüb

15 Aprel 2014, 15:21



Rusiyada 2013-cü ildə 461 uşaq intihar etməklə həyatına son qoyub. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib. Onun sözlərinə görə, uşaq intiharlarının əsas səbəbi əksər hallarda etinasızlıq və ətrafdakıların onların problemlərinə diqqətsiz yanaşmaları olub.

Markin qeyd edib ki, yeniyetmə intiharlarının qarşısını almaq məqsədilə təkcə təhsil müəssisələrində sosial-psixoloji dəstək yox, həm də kompleks tədbirlər həyata keçirilməlidir.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir