Modern.az

Obama Putini daha sərt cəzalandıracaq

Obama Putini daha sərt cəzalandıracaq

16 Aprel 2014, 16:21

ABŞ Prezident Administrasiyası hələ də Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı fəaliyyətini proqnozlaşdıra bilmədiyindən buna cavab tədbirləri də hazırlaya bilmir. Modern.az bildirir ki, bu haqda “The Wall Street Journal” Ağ evdəki mənbəyə istinadən məlumat yayıb.

Yazıda qeyd edilir ki, Vaşinqton Ukraynadakı hadisələrin inkişafı ilə bağlı bir neçə variant hazırlayır: “Obama administrasiyası bütöv “menyu” hazırlayır, bura iqtisadi sanksiyaların genişləndirilməsi ilə yanaşı, Avropada təşvişə düşmüş müttəfiqlərinin sakitləşməsi üçün ordunun dislokasiyasının mümkünlüyü də daxildir”.

Qəzet qeyd edir ki, Vaşinqton Ukraynadakı hadisələrin gələcək inkişafının iki variantını müzakirə edir: ya Putin bundan sonra da separatçıları dəstəkləyəcək, ya da ordunun açıq şəkildə qonşu ölkəyə soxulmasına göstəriş verəcək.

Ağ evdəki məmurlar açıq müdaxilə zamanı ABŞ-ın sərt cavab verəcəyi haqda danışırlar. Ancaq ukraynalılara yardım üçün ABŞ ordusunun bu ölkəyə yeridilməsi indi müzakirə olunmur: “Çox güman ki, Putini və onun tərəfdarlarını cəzalandırmaq məqsədilə daha sərt iqtisadi sanksiyalar işlənilir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub