Modern.az

Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisə tövsiyə olunub (yenilənib)

Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisə tövsiyə olunub (yenilənib)

9 İyun 2010, 12:45

İyunun 9-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Seçki Məcəlləsinə əlavə və dəyişiklik müzakirə olunub. İclasda çıxış edən komitə sədri Əli Hüseynov bildirb ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təklifi YAP-çı deputatları tərəfindən irəli sürülüb. Əlavə və dəyişikliklərlə bağlı təkliflərdən danışan YAP-çı deputat Siyavuş Novruzov seçki müddətinin azaldılması məsələsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, təkliflərdən biri seçki müddətinin 75 gündən 60 günə endirilməsidir. Digər təklif ondan ibarətdir ki, seçki ilə bağlı bütün xərcləri dövlət çəkdiyi halda, namizədlərə nə üçün vəsait verilməlidir. S.Novruzov deyib ki, 2005-ci ildə də əksər şəxslər namizədliklərini təbliğat üçün veriləcək 200 manatı almaq üçün vermişdilər. Qanuna görə, seçkidə 3 faizə qədər səs toplamayan namizədlər ayrılan vəsaiti qaytarmalıdırlar. Lakin bu günə kimi vəsaitin geri qaytarılması baş verməyib. “Biz təklif edirik ki, bütün seçki proseslərinin dövlət tərəfindən maliyyələşdirilməsi dayandırılsın”. İclasda çıxış edən deputatlar Qüdrət Həsənquliyev,

Fəzail Ağamalı, Sabir Hacıyev,  Nizami İsgəndərov təklifləri dəstəklədiklərini deyiblər. Komitə sədri Əli Hüseynov təkliflərin normal olduğunu vurğulayıb. Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə olunub. Seçki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iyunun 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır