Modern.az

Putin: “ Ukraynada heç bir rus agenti yoxdur”

Putin: “ Ukraynada heç bir rus agenti yoxdur”

17 Aprel 2014, 13:37

“Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı təcili toplanmaq və oradakı insanlarla danışıqlar aparmaq lazımdır”. Modern.az rus KİV-nə istinadən xəbər verir ki, bunu  "qaynar xətt" vasitəsi ilə vətəndaşların suallarına cavab verən Rusiya prezidenti Vladimir Putin deyib. O, devrilmiş prezident Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsinə də aydınlıq gətirib. Kreml rəhbərinin sözlərinə görə buna əsas səbəb AB-nin rəsmi Kiyevə təklif etdiyi şərtlərin ağırlığından irəli gəlirdi. “Amma buna baxmayaraq Ukraynada müxalifət qanuni prezident Viktor Yanukoviçi devirdi. Bu kiməsə xoş, kiməsə xoş olmadı. Buna görə də Ukraynanın cənub-şərqində yaşayan sakinlər özlərinin, uşaqlarının gələcəyi üçün narahat olmağa başladılar”,-deyə V. Putin söyləyib. Dövlət başçısı Ukraynada Rusiya agentlərinin olması ilə bağlı iddialara da cavab verib. “Ukraynada Rusiya xüsusi xidmət orqanlarına məxsus bölmə, təlimatçı yoxdur”.

Qeyd edək ki, bu gün Moskva vaxtı ilə saat 12-də V. Putinin "qaynar xətt" vasitəsi ilə mətbuat konfransı keçirilib. Hazırda tədbir davam edir

 

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi