Modern.az

Mətbuat Şurası səyyar qəzet və jurnal satışı ilə bağlı vəziyyəti araşdıracaq

Mətbuat Şurası səyyar qəzet və jurnal satışı ilə bağlı vəziyyəti araşdıracaq

Media

9 İyun 2010, 17:04

Bu gün Azərbaycan Mətbuat Şurasında qəzet və jurnalların səyar satışı ilə bağlı son vaxtlar Bakının bir sıra yerlərində yaranmış çətinliklərlə əlaqədar məsələ müzakirə olunub. MŞ-nin İdarə Heyəti üzvlərinin və ölkənin tanınmış, ictimai fikrə təsir göstərən bir sıra mətbu nəşrlərinin iştirak etdikləri toplantıda məsələnin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

 

Qərara alınıb ki, yaranmış problemlə əlaqədar Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğludan və İH üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadədən ibarət xüsusi qrup yaradılsın. Həmin qrup paytaxtda səyyar qəzet və jurnal satışı sahəsindəki vəziyyəti araşdıracaq və İdarə Heyətinin müzakirəsi üçün müvafiq rəy hazırlayacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi