Nyu-Yorkdakı yerli bankların birində çalışan 33 yaşlı Debrahle Lorenzanın başına gələnlər dünya mediasında əks-səda yaradıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda Lorenza işdən azad olunub. Onun işdən azad olunmasının yeganə səbəbi isə gözəl olmasıdır. Lorenza çox cəlbedici olduğu üçün işdən çıxarıldığını iddia edir. Porto-Rika əsilli, 1 uşaq anası olan Lorenza ABŞ-ın bir çox telekanallarının efir məkanını bəzəyib. 2008-ci ildə ərindən boşanan Lorenza dünyanın ən böyuk banklarından birində işə başlayıb. Daha çox kişilərin çalışdığı iş yerində Lorenza geyimləri ilə diqqəti cəlb edib. Bankın müdiri Lornenzaya libasları barədə xəbərdar edib. Daha sonra ona geyinməsi qadağan olunan paltarların siyahısı təqdim olunub. O isə geyinmənin qadının təbii haqqı olduğunu deyərək bank müdirinin tələbinə etiraz edib. Bunun qarşılığında Lorenza əvvəlcə başqa şöbəyə keçirilib, daha sonra isə işdən çıxarılıb. O, çox gözəl olduğu üçün ona qarşı ayrı-seçkiliyə yol verildiyini deyir. Lorenza hüquqlarının təmin olunması üçün məhkəməyə müraciət edəcək..