Modern.az

Region mətbuatı da dövlət dəstəyinə ümid bəsləyir

Region mətbuatı da dövlət dəstəyinə ümid bəsləyir

10 İyun 2010, 14:53

Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım” adlı layihə çərçivəsində Tərtər şəhərində “Jurnalistlər və insan hüquqlarının işıqlandırılması” mövzusunda seminar keçirib. Modern.az-ın məlumatına görə, seminarda çıxış edən layihənin koordinatoru Seymur Verdizadə insan hüquq və azadlıqları anlayışının geniş məhfum olduğunu bildirərək, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın üzərinə düşən vəzifələrdən danışıb. KİVin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli insan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasının vacibliyini qeyd edib. Tərtərdə işıq üzü görən “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Hüseynov region mətbuatının üzləşdiyi problemlərdən danışaraq bu problemlərin həlli yönündə Fondun fəaliyyətinə ciddi ümid bəslədiklərini dilə gətirib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndəsi Rey Kərimoğlu seminarın müharibə zonası olan Tərtər rayonunda keçirilməsinin xüsusi ilə əhəmiyyətli olduğunu qeyd edib. O, belə layihələrin regionda həyata keçirilməsini əhalinin insan hüquq və azadlıqlarının müdafiəsi baxımında vacib olduğunu bildirib.

“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının” Tərtər Regional bölməsinin rəhbəri Zabil Məmmədov təmsil etdiyi qurumun mətbuatla əməkdaşlığının maraqlı olduğunu deyib. O, Tərtər rayonunda mina qurbanlarının və müharibədən zərərçəkənlərin problemlərinin işıqlandırlımasına böyük ehtiyac olduğunu bildirib. Seminarda regonda fəaliyyət göstərən jurnalistlərlə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər və onlar insan hüquqları sahəsində ortaya çıxan problemlərin ictimailəşdirilməsində mətbuatla əməkdaşlıq yollarını müzakirə ediblər. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?