Modern.az

Türkiyə parlamentində “Türkmən” davası

Türkiyə parlamentində “Türkmən” davası

23 Aprel 2014, 10:16

Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi toplantısında Milliyətçi Hərəkat Partiyasının (MHP) Hataydan olan millət vəkili Çefik Çirkin ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Bursadan olan millət vəkili Hakan Çavuşoğlu arasında “Türkmən” mübahisəsi baş verib. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, iki millət vəkili də bir-birlərinə qışqırınca TBMM başkan vəkili Sadiq Yaqut iclasa 5 dəqiqə ara verib.

  Buna səbəb TBMM-nin ümumi toplantısında MHP-nin Hataydan olan millət vəkili Şefik Çirkinin "Türkmənlər ortada qalmış, siz burada danışırsınız. Türkmən qətl edilir. Türkmənə nə etdiniz, haydı danışın. Siz Türkmənin qanına əlinizi bulaşdırdınız. Türkməni ortada buraxdınız".
Çirkinin danışmasına AKP-nin Bursadan olan millət vəkili Hakan Çavuşoğlu reaksiya verdikdən sonra onların arasında söz mübahisəsi yaşanıb. Çavuşoğlu fikirlərini tamamlayıb kürsüdən ayrıldıqdan sonra mübahisə səngiməyib, Çirkin əsəbi şəkildə Çavuşoğlunun yanına getməyə başlayıb. Araya digər millət vəkilləri girdikdən sonra mübahisə tərəfləri sakitləşiblər.  



Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir