Modern.az

Rusiyada gürcü və erməni “qanuni oğru”lar saxlanıldı

Rusiyada gürcü və erməni “qanuni oğru”lar saxlanıldı

Dünya

23 Aprel 2014, 15:07


Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi federal dairə Baş İdarəsinin əməkdaşları miqrasiya qanunlarını pozduğuna görə Gürcüstan vətəndaşı, kriminal aləmdə Qoqi Piterski ləqəbi ilə tanınan “qanuni oğru” Georgi Djanelidzeni saxlayıblar.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 2011-ci ildə məhkəmə Djanelidzenin Rusiya Federaiyası ərazisindən çıxarılması haqda qərar qəbul edib, ancaq o, həmin qərara əməl etməyərək gizli şəkildə ölkə ərazisində qalıb. Hazırda gürcü “qanuni oğru” xarici vətəndaşlar üçün nəzərdə tutulan müvəqqəti saxlanma müəssisəsindədir və onun deportasiyasına hazırlıq gedir.

Djanelidzedən başqa, polislər Ermənistan vətəndaşı olan, kriminal aləmdə Artyom Saratovski ləqəbi ilə tanınan digər “qanuni oğru” Artyom Sərkisyanı da saxlayıblar. O, qanunsuz narkotik saxlamaqda günahlandırılır. Barəsində cinayət işi açılan Sərkisyanın Rusiya ərazisinə külli miqdarda narkotik maddələrin gətirilməsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupla bağlı olub-olmadığı araşdırılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!