Modern.az

Rus ordusu Ukraynaya hücum edə bilər-XƏBƏRDARLIQ

Rus ordusu Ukraynaya hücum edə bilər-XƏBƏRDARLIQ

23 Aprel 2014, 16:58


Xarici işlər naziri Sergey Lavrov Rusiya ordusunun Ukraynaya hücumunun mümkünlüyünü istisna etməyib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o deyib ki, əgər hücuma məruz qalarıqsa, sözsüz cavab veriləcək: “Əgər bizim qanuni maraqlarımıza, rusiyalıların maraqlarına birbaşa hücum olarsa, bu Cənubi Osetiyada baş vermişdi, mən beynəlxalq normalara uyğun olaraq cavab verilməsindən başqa imkan gömürəm. Rusiya vətəndaşlarına hücum, bu Rusiyaya hücumdur”.

Lavrovun sözlərinə görə, Ukrayna ilə sərhədə əlavə ordu yeridilməsini heç vaxt təkzib etməyiblər.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır