Modern.az

Bunların hamısı bir adamın mədəsindən çıxıb - FOTO

Bunların hamısı bir adamın mədəsindən çıxıb - FOTO

23 Aprel 2014, 22:00
Kütahyada Dumlupınar Universiteti Kütahya Övliya Çələbi Təhsil Xəstəxanası Uşaq Cərrahısı Hissəsinə gətirilən əqli cəhətdən problemi olan şəxsin mədəsindən 15 parça xarici cisim çıxarılıb. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, ailəsinin şikayəti əsasında həmin şəxsin rentgeni çəkilib və xəstənin mədəsində çox sayda metal əşya görülüncə gənc əməliyyata alınıb.

Xəstənin mədəsindən 1 ədəd meyvə bıçağı, 2 ədəd çay qaşığı, 4 ədəd dondurma çubuğu, 4 ədəd ağac budağı, 1 ədəd şüşə qapağı, 1 ədəd pipetka, 1 ədəd  karandaş və 1 ədəd də diyircəkli qələm olmaq üzrə cəmi 15 xarici cisim çıxarılıb. Əməliyyat təxminən 3 saat davam edib.  

Bu qədər yabançı cismin necə udulduğundan heyrətlənən həkimlər Savran və Coşqun deyiblər ki, bu, inanılacaq kimi bir vəziyyət deyil: “Xəstənin boyu 15 santimetrə qədər çatan və dəliçi-kəsici cisimləri udaraq mədəsinə necə endirdiyini anlamaq mümkün deyil”.  



Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir