Modern.az

“İngilis filmi”ndə iki azərbaycanlı aktyor - FOTO

“İngilis filmi”ndə iki azərbaycanlı aktyor - FOTO

Dünya

25 Aprel 2014, 15:45
Bu film yalnız «Space» kanalında göstərilib. “Diplomat” romanından Azərbaycan oxucusuna yaxşı tanış olan İngilis yazıçısı Ceyms Oldricin hekayəsi əsasında çəkilən “Sonuncu düym” filmi 1958-ci ildə lentə alınıb.
İki rejissorun – Teodor Vulfoviç və Nikita Kurxinin ərsəyə gətirdiyi “Sonuncu düym”də hadisələr Şimali Afrikada cərəyan edir. İşsiz təyyarəçi Ben Esliyə böyük qonorar müqabilində sualtı çəkilişlər aparmaq təklif olunur. Məşəqqətli səyahətə azyaşlı oğlu ilə birgə yollanan Ben köpək balıqlarını kamerayla lentə alarkən onların hücumuna məruz qalır. Yırtıcıların çənəsindən ağır yaralarla qurtulan təyyarəçi oğlunun fədakarlığı ilə mənzil başına çatır və ölümdən əlil vəziyyətində qurtulur.
Modern.az-ın xatırlatdığı bu kəskin dramatik bir filmdə iki azərbaycanlı aktyorun yer alması isə görünür, çoxlarının diqqətindən yayınıb. Onlardan biri kafe sahibi rolunu ifa edən xalq artisti Əliağa Ağayev, digəri isə mexanik olan əməkdar artist Müxlis Cənizadədir. Filmdə səssiz qalan Ə.Ağayevdən fərqli olaraq M. Cənizadəni hamıya yaxşı tanış olan Sergey Yurski dublyaj edib.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!