Modern.az

“Böyük yeddilik” Rusiyaya yeni sanksiyalar tətbiq edir

“Böyük yeddilik” Rusiyaya yeni sanksiyalar tətbiq edir

Dünya

26 Aprel 2014, 10:41



“Böyük səkkizlik” (G 8) ölkələri Ukraynadakı hərəkətlərinə görə Rusiyaya qarşı yeni sanksiya tətbiq etməyə hazırdır. Modern.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Böyük yeddilik”in nümayəndələri Kiyevi ölkənin şərqindəki əməliyyatlar zamanı dözümlülük nümayiş etdirdiyinə görə dəstəkləyiblər. Bəyanatda qeyd edilir ki, Rusiya Cenevrə razılaşmasına müvafiq olaraq konkret fəaliyyət nümayiş etdirmir. Ağ ev nümayəndələrindən biri isə bəyan edib ki, yeni maliyyə sanksiyaları gələn həftənin birinci günündən qüvvəyə minə bilər. Prezident Barak Obama qeyd edib ki, ABŞ Rusiyanın son hərəkətlərinə görə məqsədyönlü sanksiyalar tətbiq etməyə hazırdır” – Ağ evin açıqlamasında deyilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı