Modern.az

179 yaşlı kişi ölümsüzlüyündən şikayətlənib

179 yaşlı kişi ölümsüzlüyündən şikayətlənib

26 Aprel 2014, 11:31


Modern.az
saytı Türkiyə mətbuatına isitinadən xəbər verir ki, Hindistanda yaşayan bir yaşlı qoca ölümsüz olduğunu deyib. 6 iyun 1835-ci ildə doğulan hindli Mahashta Murasi bildirib ki, əzrayıl onu unudub.

“O qədər uzun yaşamışan ki, nəvəmin nəvəsinin ölümünü də görmüşəm. 150 yaşını keçən kimsə yox. Düşünürəm ki, mən ölümsüzəm”. O, yaşını sübut edəcək hər cür sənədə də sahibdir. O, 1957-ci ilə qədər pinəçilik edib. 122 yaşında isə təqaüdə çıxıb.
 
Sağlamlığı ilə əlaqədar keçmişdə heç bir problemləri olmayan Murasinin son həkimi 1971-ci ildə vəfat edib.

Qeyd edək ki, bəşəriyyətin ən yaşlı adamı olan Murasi “Ginnesin rekordlar kitabı”na düşüb.

Rafiq Qənbərov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər