Modern.az

ATƏT-in baş katibi Kiyevə gəlir

ATƏT-in baş katibi Kiyevə gəlir

27 Aprel 2014, 22:35

ATƏT-in baş katibi Lamberto Zanyer bu gün axşam saatlarında Kiyevə səfərə gələcək. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda ölkənin xarici işlər naziri vəzifəsini icra edən Andrey Deşitsa məlumat verib.

“ATƏT müşahidəçilərinin sərbəst buraxılması ilə bağlı situasiya çətin olaraq qalır. Kiyevə qayıdıram. Bu axşam ATƏT-in baş katibi Lamberto Zanyer Kiyevə gəlir”, - Deşitsa özünün Twitter səhifəsində yazıb.

Xatırladaq ki, aprelin 25-də Donets vilayətinin Slavyansk şəhərinə gedən yolda naməlum şəxslər ATƏT-in Ukraynada işləyən müfəttişlərinin olduğu avtobusu ələ keçiriblər. Səkkiz nəfərlik qrupun 4 nümayəndəsi Almaniyadan, qalanları İsveç, Polşa, Danimarka və Çexiyadandır. “Slavyansk xalq silahlı qrupu”nun lideri Vyaçeslav Ponomaryov ələ keçirilənləri hərbi əsirlər adlandıraraq bəyan edib ki, onları Moskvadan qayıdarkən yoxa çıxan öz müavini İqor Perepeçaenko ilə dəyişməyə hazırdır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir