Modern.az

ADU-da Avstriya kitabxanası açılacaq

ADU-da Avstriya kitabxanası açılacaq

16 İyun 2010, 09:44

İyunun 17-də Azərbaycan Dillər Universitetində ADU ilə Avstriya səfirliyi arasinda ADU-da Avstriya kitabxanasının açılması ilə bağlı müqavilə bağlanacaq. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müqaviləni ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov və Avstriyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım  Silviya Mayer Kaybiç imzalayacaq. Açılacaq Avstriya kitabxanasının fonduna imzalanaq müqaviləyə əsasən,  3000-dək kitab, müxtəlif materiallar daxil edilib.

Qeyd edək ki, universitetdə Avstriya mərkəzi fəaliyyət göstərir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir