Modern.az

DSMF sədri müharibə veteranlarına verilən yardımlardan danışdı

DSMF sədri müharibə veteranlarına verilən yardımlardan danışdı

İqtisadiyyat

5 May 2014, 15:39

“Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib”.
Modern.az xəbər verir ki, bu barədə DSMF-nin sədri Elman Mehdiyev bu gün keçirilən tədbirdə KİV nümayəndələrinə məlumat verərkən deyib. Fond sədri qeyd edib ki, Prezidentin sözügedən fərmanı hazırda 22.879 nəfərə şamil olunub ki, bunlardan 1707 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır. Sərəncama əsasən, bu kateqoriyadan olan şəxslərə 700 manat məbləğində birdəfəlik yardım göstərilib. E. Mehdiyevin sözlərinə görə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 300 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 21.172 nəfər təşkil edir”.   Namidə BİNGÖL  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır