Modern.az

"Qırğızıstan faciənin aradan qaldırılması türk dövlət başçıları üçün tarixi missiyadır"

"Qırğızıstan faciənin aradan qaldırılması türk dövlət başçıları üçün tarixi missiyadır"

Qarabağ

16 İyun 2010, 13:33

Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) Qırğızıstanda baş verən qanlı olaylardan, qardaş qırğınından, bir ölkə kimi parçalanmaq təhlükəsindən sarsıldığını, hədsiz narahat olduğunu bildirib.

 

Bu hadisələr ölkədə hakimiyyət dəyişikliyi prosesinin getdiyi, konstitusion hakimiyyət orqanlarının formalaşmasına imkan tapılmadağı, hakimiyyət qurumlarının zəif olduğu bir vaxtda baş verir. Belə bir durumda Qırğızıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olmasına və yardım müraciətinə rəğmən üzv dövlətlərdən gərəkli dəstək ala bilməməsi vəziyyəti daha dramatikləşdirir. Hadisələrə təsir edə biləcək xarici dövlətlər və beynəlxalq qurumlar Qırğızıstandakı olayları bu ölkənin daxili işi kimi qiymətləndirərək, iki türk xalqın – qırğız və özbəklərin bir-birlərinin qətliamına faktiki seyrçi mövqe nümayiş etdirirlər.

Hadisələrin təhlükəli inkişafı göstərir ki, biganəlik Qırğızıstanda millətlərarası münaqişənin dərinləşməsinə və  xaosun dayanıqlı hala gəlməsinə aparır. Vəziyyətin dəyişməyəcəyi halda alovun Mərkəzi Asiyanın digər ölkələrinə yayılması təhlükəsi böyükdür.

Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi qərb və türk dövlət başçılarına müraciət edərək, Qırğızıstanla bağlı təcili məşvərətlərin başlanmasını zəruri sayır. Müraciətdə bildirilib ki, faciənin fəsadlarının aradan qaldırılması türk dövlət başçıları üçün tarixi missiyadır. “Vəziyyətin normallaşması məqsədilə Qırğızıstanın müvəqqəti hökumətinə yardım edilməsinin vacibliyini BMT sədri, İslam Konfransı Təşkilatının Baş Katibi, Rusiya, ABŞ, Türkiyə prezidentlərinin diqqətinə israrla çatdırırıq”-deyə müraciətdə bildirilib.

 

Qeyd edək ki, Qırğızıstanın müvəqqəti 16 iyun tarixini hökuməti ölkənin cənubunda kütləvi insan tələfatına səbəb olan qırğızlarla özbəklər arasında etnik toqquşmalarla əlaqədar matəm elan edib. Ən son məlumatlara görə, Cəlalabad və Oş vilayətlərində ölənlərin sayı 179-a çatıb.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır