Modern.az

Bəzi jurnalistlər “Əməkdar jurnalist” adı və “Tərəqqi” medalı ilə təltif olunacaq

Bəzi jurnalistlər “Əməkdar jurnalist” adı və “Tərəqqi” medalı ilə təltif olunacaq

16 İyun 2010, 15:06

Modern.az xəbər verir ki, Mətbuat Şurasını sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında bildirib ki, Mətbuat günü ərəfəsində ölkə jurnalistlərindən kimlərin mükafatlandırılacağı ilə bağlı məlumat veriləcək. Söhbət əsasən jurnalistika sahəsində fərqlənən insanların qiymətləndirilməsindən gedir. “Bu zaman jurnalistika sahəsində jurnalist kimi çalışan təcrübəli şəxslər və bu sahədə tövsiyə verən mütəxəsislər nəzərə alınacaq. Bu haqda son məsləhətləşmələr artıq yekünlaşmaq uzrədir, çox yaxın günlərdə ictimayətə məlumat veriləcək”.

Ə.Amaşov bildirib ki, Prezidentin mətbuatın 135 illiyi ilə bağlı imzaladığı sərəncama əsasən, planlaşdırılan tədbirlərə Həsən bəy Zərdabinin vətəni olan Zərdab rayonundan başlanılacaq. Müxtəlif bölgələrdə müxtəlif formatlı tədbirlər keçiriləcək, son tədbir isə Bakı şəhərində təşkil olunacaq. Ə.Amaşov Mətbuat günündə bir sıra jurnalistlərin “Əməkdar jurnalist” adı və “Tərəqqi” medalı  ilə təltif olunacağını qeyd edib. Mail Ağaxanov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir