Modern.az

Hesablama Palatası ötən ilin büdcə hesabatını Milli Məclisə göndərdi

Hesablama Palatası ötən ilin büdcə hesabatını Milli Məclisə göndərdi

İqtisadiyyat

7 May 2014, 17:40

Hesablama Palatası ötən ilin büdcə layihəsi ilə bağlı hesabatı Milli Məclisə göndərib. Palatadan Modern.az-a verilən məlumata görə, mayın 6-da keçirilən Kollegiya iclasında ““Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi” geniş müzakirə edilərək təsdiq olunub. Rəyin Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə Gədəbəy-Qızıltorpaq-Qonaqlı yolunda Fındıxlı çayı üzərində körpünün yenidən qurulması, Goran–Naftalan  avtomobil yolunun əsaslı  təmiri və  Şəmkir-Gədəbəy avtomobil  yolunun 42-ci kilometrində Çolpan çayı üzərində  körpünün  tikintisinə, dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Cənub Muğan  kanalı İstismar İdarəsinə və Biləsuvar Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları da təsdiq olunub.

             

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar