Dünya Azərbaycanlıları Konqresinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəlikləri 15 İyun - Qurtuluş Günü münasibətilə tədbirlər keçiriblər. DAK-ın Ukrayna nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, Kiyev şəhərindəki Heydər Əliyev adına Beynəlxalq Sosial Elmlər İnstituna gələn Regionlararası Heyətin İdarəolunması Akademiyasının müəllim və tələbələri, Dünya Azərbaycanlıları Konqresinin Ukranadakı təmsilçiliyinin nümayəndələri Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyublar. Mərasimdə Heydər Əliyev adına Beynəlxalq Sosial Elmlər İnstitunun direktoru, professor İvan Bidzura Heydər Əliyevin Azərbaycan xalqının ən ağır və məşəqqətli anında hakimiyyətə gələrək xalqını və dövlətini parçalanmaq təhlükəsindən xilas etdiyii xatırladıb.
Tədbirdə çıxış edən Dünya Azərbaycanlıları Konqresinin Ukraynada nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov və Kiyev Beynəlxalq Enerji Klubunun vitse-prezidenti Burzu Əliyev 17 il öncə Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişini təkcə Azərbaycan xalqının milli qurtuluş günü deyil, həmçinin müstəqil Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas olunduğu şərəf tarixi adlandırıblar. Onlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın bölgədə lider dövlətə çevrilməsini Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi dəyərləndiriblər
Milli qurtuluş günü münasibəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşları da Heydər Əliyevin xatirəsini onun Kiyev şəhərindəki abidəsinin önünə tər çicəklər qoymaqla yad ediblər. Ukraynanın enerji sektorunun nünayəndələrinin qatıldığı tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin rəhbəri Elçın Məmmədov bildirib ki, 1993-cü ilin 15 iyunu Azərbaycanda gərgin və şərəfli mübarizənin tarixidir.