Modern.az

"Azadlıq" radiosunun iki müxbiri həlak olub

"Azadlıq" radiosunun iki müxbiri həlak olub

30 Sentyabr 2009, 20:26

"Azadlıq" Radiosunun İran xidmətiin iki müxbiri Roza Aciri və Amir Zaamaifar Çexiyada – Praqa yaxınlığında avtomobil qəzasına düşərək həlak olublar. Xidmətin daha bir əməkdaşı Mahin Qorcinin vəziyyəti isə çox ağırdır.
Radionun yaydığı məlumata görə, hadisə sentyabrın 29-da səhər saatlarında baş verib. İstintaqın ilkin dəyərləndirməsinə görə, onlar sürücünün dincəlməsi üçün avtomobillərini yolun qırağında saxlayıblar və bir qədər sonra arxadan gələn bir yük maşını onların avtomobilinə çırpılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı