Modern.az

Əhalinin “Azəriqaz”a debitor borcları azalır

Əhalinin “Azəriqaz”a debitor borcları azalır

14 May 2014, 15:56

“Azəriqaz” İstehsalat Birliyinin  mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, 2014-cü ilin aprel ayı ərzində ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 229 032 589 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 102,5 faiz vəsait toplanıb.
Vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi onunla əlaqədardır ki, 2013-2014-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilən qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib. Həmin dövr ərzində yaranmış debitor borclar hazırda abonentlər tərəfindən ödənilməkdədir.

Nəticədə 2013-cü ilin aprel ayı ərzində debitor borc 0,9 faiz azalıb.
Qeyd edək ki, 2014-cü il mayın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 116 195 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmaqdadır.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi