Modern.az

Komitə sədri: “Heç bir dövlət borc almadan yaşaya bilməz”

Komitə sədri: “Heç bir dövlət borc almadan yaşaya bilməz”

16 May 2014, 12:29

Parlamentin bugünkü iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə regionlarda reallaşan iqtisadi layihələr, açılan yeni iş yerlərindən danışıb. Modern.az-ın verdiyi xəbərə görə, onun fikrincə, Azərbaycanın regionlarında qaynar həyat hökm sürür:

“Bölgələrdə aqrar sektorun, sənayenin inkişafına yönələn proqramlar həyata keçirilib. Təəccüblüdür ki, 10 il bundan qabaq belə işlər görülmürdü. 114 milyon manat satınalmalar üzrə vəsaitə qənaət edilib. Bu da onu göstərir ki, şəffaflıq istiqamətində xeyli işlər görülüb. Əgər dövlət büdcəsində 1 faiz əsaslı xərclərə qənaət etsək, bu, artıq 70 milyon manat deməkdir”.

Z.Səmədzadə dövlət borclarının həcminin artması ilə bağlı iradlara da cavab verib: “Heç bir dövlət borc almadan yaşaya bilməz. Biz o borcları innovasiyalı inkişaf naminə alırıq. Borc artırsa, bununla yanaşı ümumi daxili məhsulun həcmi ona nisbətdə daha çox artır. Bu gün dünyada yüzdən artıq ölkə var ki, borc içindədir. Cəmi 5-6 ölkə az borcu olan ölkələr sırasındadır. Azərbaycan da son illər ərzində çalışır ki, bu ölkələr sırasında yer tutsun”.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı