Modern.az

Buraxılış imtahanlarının nəticələri bu gün açıqlanacaq

Buraxılış imtahanlarının nəticələri bu gün açıqlanacaq

21 İyun 2010, 10:36

Orta məktəblərin 9-cu və 11-ci siniflərində keçirilən keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanları iyunun 18-də başa çatdığından indi hamı səbirsizliklə nəticələri gözləyir. Modern.az xəbər verir ki, təhsil naziri Misir Mərdanov bildirib ki, 11-ci siniflərin buraxılış içtahanlarının nəticələri bu gün günortadan sonra Təhsil Nazirliyinin internet saytında (www.edu.gov.az) yerləşdiriləcək. Nazirin sözlərinə görə, ötən gecə 11-cilərin imtahan cavablarının emalı yekunlaşıb və bu gündən artıq Bakı və Sumqayıt məktəblərində attestatların verilməsinə başlanılır. Nazir bildirb ki, iyunun 26-dək respublikanın bütün məktəblərində həm 9-cu, həm də 11-ci siniflərin buraxılış imtahanlarının nəticələri də bəlli olacaq, şəhadətnamə və attestatlar da verilib başa çatdırılacaq. Təhsil naziri onu da qeyd edib ki, bu il ilk dəfə attestatın nömrəsi, şagirdin aldığı qiymətlər Təhsil Nazirliyinin rəsmi saytında yerləşdiriləcək. Yəni hər bir şagird nazirliyin saytından öz attestatı barədə də məlumat ala biləcək.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı