Modern.az

"Azərbaycan dili" fənnindən imtahan verən 6 abituriyentin nəticəsi ləğv edilib

"Azərbaycan dili" fənnindən imtahan verən 6 abituriyentin nəticəsi ləğv edilib

21 İyun 2010, 10:45

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.

TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahanda iştirak etmək hüququ olan 2819 abituriyentdən 670 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 1225 nəfəri müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb. 

Abituriyentlərdən 5 nəfəri imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiklərinə görə barələrində akt tərtib olunub və onlar imtahana buraxılmayıb.

Cavab kartlarının emalı zamanı xüsusi kompüter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 6 nəfərin köşürməyə yol verdikləri aşkar edilib qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.

Nəticələr TQDK-nın internet saytında yerləşdirilib.

Modern.az


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir