Modern.az

Binəqədi sakinləri: “Daş sexindən şikayətçiyik!” - FOTOLAR

Binəqədi sakinləri: “Daş sexindən şikayətçiyik!” - FOTOLAR

19 May 2014, 11:01

Paytaxtın Binəqədi kəndindəki Gülüstan küçəsində yaşayan sakinləri narahat edən məsələ yaxınlıqda yerləşən daş sexidir. Modern.az-a danışan şikayətçi Səməd Qurbanovun dediyinə görə, sexin işçiləri kiçik daş parçalarını, tozu-torpağı küçələrə səpirlər ki, nəticədə də küləkli havada evdə qapı-pəncərələri açmaq olmur.
“Hələ bu azmış kimi kanalizasiya yolunuda torpaqla örtürlər. Daha sonra isə həmin ərazini torpaq sahəsi kimi satırlar. Kanalizasiya yolunun bağlanması nəticəsində qoxu ərtafa yayılır. Nəticədə bu cür istidə ətrafı üfunət iyi bürüyüb. Heç su xəttinidə düzəlməyiblər”. Sakinlər bu problemlə bağlı hər dəfə aidiyyəti qurumlara, başlıca olaraq isə kanalizasiya xidməti idarəsinə şikayət etsələr də, məsələ öz həllini tapmayıb.















Rafiq Qənbərov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir