Modern.az

YAP-çı deputat: “Partiya məsləhət bilsə, namizədliyimizi verəcəyik”

YAP-çı deputat: “Partiya məsləhət bilsə, namizədliyimizi verəcəyik”

Parlament

21 İyun 2010, 11:37

Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca namizəd kimi bu marafonda iştirak etmək istəyənlər də tədricən gündəmə gəlirlər. Parlamentin hazırki deputatlarından bir çoxu da IV çağırış Milli Məclisin üzvü olmaq arzularını gizlətmir. Modern.az 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsinin Milli Məclisdəki təmsilçisi Tahir Süleymanovdan “növbəti seçkilərdə namizədliyinizi vermək fikriniz varmı” sualına cavab almaq istəyib. Deputatın cavabı belə olub: “Bu indinin söhbəti deyil axı. İnşallah, hələ parlament seçkilərinə 4-5 ay var. Hələ bu barədə fikirləşirik. Baxacağıq. Hələ dəqiq fikrim yoxdur”. Əməkdaşımızın “deməli seşkilərə namizəd kimi qatılmaq fikriniz yoxdur, eləmi” sualına T.Süleymanov  qəti olaraq “yox” deməyib: “Fikirləşirəm, bəlkə namizədliyim veriləcək. Axı bizim partiyamız var.YAP-ın üzvüyük. Partiya məsləhət bilsə, namizədliyimizi verəcəyik. Bu barədə hələ dəqiq fikirləşməmişəm”. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü