Modern.az

Jurnalistlər "Hirkan" qoruğunda mükafatlandırıldılar (fotosessiya)

Jurnalistlər "Hirkan" qoruğunda mükafatlandırıldılar (fotosessiya)

21 İyun 2010, 13:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 19 iyun tarixində “Ekologiya ili” çərçivəsində Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara rayonlarının inzibati ərazisində yerləşən "Hirkan" Milli Parkına press-tur təşkil edib. Modern.az-ın səfərdə iştirak edən əməkdaşının məlumatına görə, “2010 Ekologiya ili–Yaşıl dünya naminə” devizi altında təşkil olunmuş tədbirdə media nümayəndələri "Hirkan" Milli Parkının flora və faunası ilə tanış edilib. Ölkənin 40-a yaxın aparıcı KİV nümayəndələrinin qatıldığı press-tur zamanı "Hirkan" Milli Parkının elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov jurnalistlərə park haqqında geniş məlumat verib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Bildirib ki, hazırda parkın ərazisi genişləndirilərək 40358 hektardır. "Hirkan" Milli Parkında 1204 bitki növü var ki, bu da Azərbaycanda olan bitki növlərinin 1/3-i deməkdir. Park ərazisində şabalıdyarpaq palıd, dəmirağac, Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat və s. endemik ağaclar, eyni zamanda, leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən kimi quşlar, həmçinin, bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot kimi vəhşi heyvanlar da mühafizə olunur. Tanışlıq və gəzintidən sonra jurnalistlərə milli parkla bağlı suallar ünvanlanıb. Mini müsabiqədə doğru cavab verərək 1-ci, 2-ci, 3-cü yeri tutan jurnalistlər mukafatlandırılıblar. 1-ci yeri “Zerkalo”qəzetinin əməkdaşı Gülqız Quliyeva, 2-ci yeri “Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova, 3-cü yeri “Ayna” qəzetin əməkdaşı Xəqani Səfəroğlu tutub.

  Modern.az jurnalistlərin səfərindən fotosessiyanı təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir