Modern.az

Ermənilər hücuma keçiblər, bir əsgərimiz şəhid olub

Ermənilər hücuma keçiblər, bir əsgərimiz şəhid olub

21 İyun 2010, 12:59

Ermənistanın silahlı birləşmələrinin bir qrupu bu gecə saat 01.45 radələrində yenidən Füzuli rayonu Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında atəşkəs rejimini pozaraq hucuma keçiblər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri öz döyüş mövqelərini gücləndirərək düşmənə tutarlı cavab veriblər. Beləliklə, erməni tərəf itki verərək geri oturdulub. Döyüş zamanı Ordumuz da bir itki verib.

Belə ki, 1991-ci ildə anadan olan və 2009-cu ilin yanvarında Cəlilabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgərimiz Şükurov Elgün Rafiq oğlu şəhid olub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir