Modern.az

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəranda müşavirə keçirib

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəranda müşavirə keçirib

20 May 2014, 13:55

Dövlət Yanğın Nəzarəti Xidmətinin Lənkəranda 20 may 2014-cü il tarixində keçirdiyi «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda  regional seminar-müşavirədə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr respublikanın cənub bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş şəkildə müzakirə olunub.

Seminar-müşavirədə DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki Hikmət Xudiyev qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən ətraflı danışıb. Tədbirdə yanğına qarşı təbliğat işinə geniş yer verilib,  “Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri”, “Meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri” mövzularında mühazirələr dinlənilib. Müşavirəyə yekun vuran FHN DYNX-nin Cənub Regional DYN İdarəsinin rəis müavini, daxili xidmət polkovnik-leytenantı Firdovsi Hacıyev tədbir iştirakçılarına yanğınsız mövsüm arzulayıb və onları əmin edib ki, dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması üçün dövlətimiz, o cümlədən FHN və onun qurumları bütün züruri qabaqlayıcı tədbirləri həyata keçirir. Tədbirdə dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi  qaydalarını təbliğ edən plakatlar seminar-müşavirə iştirakçılarına paylanılıb,  DYNX tərəfindən təşkil olunmuş  yanğın texniki sərgi  və video-stend nümayiş etdirilib.




Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır