Modern.az

Dolların manata təzyiqi azalmayıb

Dolların manata təzyiqi azalmayıb

Qarabağ

21 İyun 2010, 16:38

Azərbaycanda ABŞ valyutasının rəsmi məzənnəsi son 9 ayda ən yüksək həddə qalxıb. Mərkəzi Bankın məlumatına görə,  dolların manata nisbətən rəsmi məzənnəsi 0,8035 manat müəyyən edilib. Bu, 7 sentyabr 2009-cu ildən bəri ən yüksək göstəricidir. Həmin tarixdə 1 dollar indiki səviyyədə - 0,8038 manata bərabər olub. 2010-cu ildə dollar ilk dəfə 0,8035 manat həddinə çatıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, söhbət heç də dolların manata nisbətən məzənnəsinin ciddi şəkildə möhkəmlənməsindən getmir: Dolların manata nisbətən məzənnəsi 1 dollar üçün 0,835 qəpiyə qədər yüksəlib.Məzənnənin möhkəmlənməsi deyildiyi kimi  Mərkəzi Bankın sərbəst məzənnə siyasətinə keçməsi ilə əlaqədar  deyil.Hələlik Mərkəzi Bank sərbəst məzənnə siyasətinhə keçməklə bağlı qərar qəbul etməyib. Praktiki bank manatın dollara məzənnəsini inzibati yollarla saxlamağa çalışır.  Rəsmi valyutada hər hansı ciddi dəyişiklik güman edilmir“.

Manatın yumşaq devalvasiyasının tərəfdarı olduğunu vurğulayan ekspertin sözlərinə görə,  cüzi azalmalara baxmayaraq manatın dollara nisbətən stabil qalması və  avroya nisbətən möhkəmlənməsi Azərbaycanın qeyri neft sektorunuin inkişafını tormuzlayır. Bundan başqa  yerli istehsalçıların ixrac qabiliyyətini aşağı salır: “Bu, dövlət ehtiyatlarının, rezervlərinin qorunması baxımından da kifayət qədər qorxuludur. Əslində manatın avroya nisbətən məzənnəsinin möhkəmlənməsi dövlət rezervlərinin kəskin azalmasına gətirib çıxarır”.

Məlum olur ki, avronun manata nisbətən məzənnəsinin aşağı düşməsi avro ilə saxlanılan rezervlərin manatla ifadəsində kəskin azalamalar yaradır: “Əslində biz birmənalı şəkildə manatın yumşaq devalvasiyasının tərəfdarıyıq. Manatın yumşaq devalvasiyası qeyri neft sektorunun inkişafına stimul yaratmaqla yanaşı dövlət rezervlərinin qorunması itkilərin qarşısının alınması baxımından da daha çevik siyasət deməkdir”.

V.Bayramov bildirir ki, manatın kəskin ucuzlaşmasının neqativ sosial effektləri ola bilər: “Manatın  kəskin ucuzlaşmasına gedilməsə də yumşaq məzənnə siyasəti həyata keçirilməlidir. Bu gün manatın dollara nisbətən cüzi yumşalması yumşaq məzənnə siyasətindən xəbər vermir.Çünkı  yumşaq məzənnə siyasəti manatın dollara nisbətən məzənnəsinin nisbi azalmasını özündə ehtiva etmir. Hazırda Mərkəzi Bank manatın məzənnəsini inzibati yollarla qoruyub saxlamağa çalışır”.

 

Ekspertin rəyinə görə,  dolların dünya bazarında möhkəmlənməsi fonunda dolların  manata təzyiqi artıb: “Mərkəzi Bank həmin təzyiqi müəyyən qədər yumşaltmaq üçün  cüzi məzənnə azaltmalarına gedir. Halbuki bu effektli siyasət deyil. Əvvəla yumşaq devalvasiya Mərkəzi Bankın tətbiq etdiyi görünməz və az hiss edilən azalmalardan daha səmərəlidir. Az hiss edilən azalmalar dolların manata təzyiqinin azalmasına gətirib çıxarmır. Əksinə  manatın məzənnəsi ilə bağlı insanlarda müəyyən tərddüdlərə, manatın məzənnəsinin gələcəkdə aşağı düşəcəyi ilə bağlı narahatçılıqlara səbəb olur. Əgər Mərkəzi Bank yumşaq məzənnə siyasətindən istifadə edərsə, bu dolların təzyiqini azaldar. Həm də manata olan inamı  sarsılmaz. Belə halda əhali manatın hansı intervalda dollara nisbətən məzənnəsinin dəyişəcəyinin biləcək”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi