Modern.az

Buraxılış imtahanlarının nəticələri açıqlandı

Buraxılış imtahanlarının nəticələri açıqlandı

Ölkə

21 İyun 2010, 17:06

XI sinifləri üzrə imtahan aparılan fənlər üzrə şagirdlərin attestatına yazılacaq yekun qiymətlər barədə məlumatlar artıq Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) soldan aşağıda yerləşən imtahan bölməsində (//exam.edu.gov.az) yerləşdirilib. Orada məzunlar attestat qiymətləri ilə yanaşı, alacaqları attestatların seriya və nömrələrini görə bilərlər.

Əsas təhsil səviyyəsi üzrə (IX sinif) buraxılış imtahanlarının nəticələrinə görə imtahan fənləri üzrə şagirdlərin şəhadətnaməsinə yazılacaq qiymətlər haqqında məlumatlar 23 iyun 2010-cu il tarixində Təhsil Nazirliyinin internet saytında (www.edu.gov.az)  yerləşdiriləcək. 

Təhsil Nazirliyindəın bildirilib ki, imtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcək. O cümlədən, Bakı şəhərində təhsil almış şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil almış şagirdlər Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil almış şagirdlər Abşeron rayon Təhsil Şöbəsinə və s. müraciət edəcəklər. Yerlərdə imtahanla bağlı ərizə və şikayətlərin qəbulu 26 iyun 2010-cu il tarixədək davam edəcək. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq