Modern.az

Sanatoriyalara yollayış: qiymətlər necədir?

Sanatoriyalara yollayış: qiymətlər necədir?

Ölkə

22 İyun 2010, 12:07

st1:*{behavior:url(#ieooui) }

Yay istirahət mövsümünün başlanması ilə əlaqədar Azərbaycandakı müalicə-istirahət obyektlərinə - sanatoriya və kurortlara yollayış əldə etmək istəyənlərin sayı tədricən artır. Madii imkanı daha yaxşı olanlar Rusiyadakı məşhur Jeleznovodsk, Kislovodsk, Pyatiqorsk, Nalçik, Soçi sanatoriyalarına üz tuturlar. Həmin şəfa ocaqlarına gedə bilməyənlər isə yollayışları respublikamızdakı sanatoriyalara alırlar. Sovet dönəmində Azərbaycanda çoxlu sayda sanatoriyalar fəaliyyət göstərirdi. Həmin obyektlərdə insanların ciblərinə də  uyğun qiymətlər vardı. Müsəqilik qazandıqdan sonra Azərbaycanda sanatoriya-kurort sahəsində vəziyyət pisliyə doğru dəyişdi.   Ötənlərin statistikası

Qeyd edək ki, Azərbaycanda sanatoriya-kurort şəbəkəsinin inkişaf tarixi 1930-cu ildən başlayır. Sovetlər dönəmində respublikada 20-ə yaxın sanatoriya və kurort fəaliyyət göstərib. Həmin şəfa ocaqlarının bəziləri («Naftalan», «İstisu», «Şuşa», Bilgəh») öz əhəmiyyətinə görə bütün keçmiş SSRİ məkanında məşhur müalicə-istirahət obyektləri sırasında idi. Azərbaycandakı sanatoriya-kurort sistemi vaxtilə hər il 100 mindən çox adama xidmət göstərirdi.

Ötən əsrin 90-cı illərində baş verən iqtisadi və sosial dəyişikliklər sanatoriya-kurort sistemindən də yan ötmədi. Hazırda Azərbaycandakı müalicə-istirahət komplekslərinin sayı bir qədər azdır, «Şuşa» və «İstisu» sanatoriyaları isə  erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Sanatoriya və kuortlar hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdlindəki «Azərkurort» SC-nin nəzarətindədir. Həmkarlar İttifaqları Konfederasiyasının məlumatına görə, hazırda ölkədəki sanatoriya və kuortlarda 7 minə yaxın qaçqın və məcburi köçkün yaşayır. Bu fakt müalicə-istirahət obyektlərinin tam gücü ilə işləməsinə maneçilik törədir. Sanatoriya-kurort sistemində digər problemlər də mövcuddur, tibbi xidmətin, qidalandırmanın səviyyəsinin, maddi-texniki təchizatın yaxşılaşdırılmasına ciddi ehtiyac var.

Elə bu səbəbdən də ölkə başçısının 6 fevral 2009-ci il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib. nın layihəsi hazırlanıb. Sənəddə Azərbaycan kurortlarında müasir standartlara cavab verən infrastrukturun formalaşdırılması öz əksini tapıb. İndi 9 sanatoriya işləyir

 

Həmkarlar İttifaqı Konfedersiyasının maliyyə şöbəsinin müdir müavini Elşən Süleymanovun Modern.az saytına verdiyi məlumata görə bu gün Azərbaycanda 9 sanatoriya fəaliyyət göstərir.

Bunlar “Bilgəh” kordioloji, “Abşeron” mədə-bağırsaq, “Günəşli” sinir sisitemi,Qaranquş” böyrək xəstəlikləri, “Şıx”sümük əzələ sistemi sanatotiyaları, “Şəfa” müalicə pansionatıdır (ümumi xəstəliklər üzrə). Bundan başqa bölgələrdə “Naftalan”, “Qalaltı” və “Ulusu” sanatoriyaları da fəaliyyət göstərir. İstirahət müəssisələrindən isə “Xəzər” turist bazası, “Şaxtaxt” istirahət evinə yollayışlar verilir.

Elşən Süleymanov deyir ki, bəzi sanatoriyalarda məcburi köçkünlər məskunlaşdığından fəaliyyət göstərmir. “Bu gün sanatoriyaların 70 faizində məcburi köçkünlər məskunlaşıb. Onların gələcəkdə köçürülməsi nəzərdə tutulur. Ümumlikdə 9 sanatoriya ilboyu fəaliyyət göstərir. Sanatoriyalarda hər il cari təmir işləri aparılır. Bundan əlavə, otaqların şəraitləri yaxşılaşdırılır və yeni avadalıqlarla təhciz olunur. Fəaliyyət göstərən sanatoriyalarda ərzaq və texniki təhcizatla bağlı heç bir problem yoxdur”.

Yollayışın qiyməti 358-600 manat Elşən Süleymanovun sözlərinə görə, sanatoriyalara yollayışların minimum qiyməti 358, maksimum qiyməti isə 600 manatdır. Qiymətlər yollayışların növündən asılı olaraq dəyişir. Adi, yarımlüks, lüks şəraiti olan otaqlar var ki, bunlar da qiymətlərə təsir göstərir. E.Süleymanov qiymətlərdə keçən illə müqayisədə artım olmadığını deyir. “Yalnız  bəzi otaqlar yeni avadanlıqlarla təhciz olunduğuna görə qiymətlərdə müəyyən dəyişikliklər baş verib. Məsələn, adi şəraitli otaq təmir olunub, o da maya dəyərinə təsir etdiyinə görə, qiymət 358 manat idisə, dəyişib olub 450 manat”. E. Süleymanovun sözlərinə görə, yolayışların qiyməti müəyyən xərclər nəzərə alınmaqla müəyyən edilir. “Yollayışın maya dəyəri var. Əmək haqqı, təsərrüfatın saxlanılması, qida, tibbi avadanlıqla təhciz olunma xərcləri toplanılır və müəyyən olunur ki, bir yollayışın orta dəyəri nə qədərdi. Hər il buna yenidən baxılır. Enerji daşıyıcıları artdıqda yaxud sanatoriya yeni avadanlıqla təhciz olunduqda yollayışların qiymətləri dəyişə bilər”.

Həmkarlar İttifaqı Konfedersiyasının maliyyə şöbəsinin müdir müavini bildirir ki, bu il 20 min nəfərə Dövlət Sosial Müdafiə Fondu hesabına yollayışlar verilməsi planlaşdırılır. “Ümumilikdə bu il sanatoriyalarda istirahət edənlərin sayı 30-35 mindən az olmayacaq. 2009-ci ildə 30 mindən çox işləyən şəxs yollayışlarla təmin olunmuşdu”. K

imlərə güzəşt var?

 

E.Süleymanov deyir ki, işləyən vətəndaşlar - məcburi dövlət sosial sığortasına cəlb olunanlar yalnız yollayışların dəyərinin 15 faizini ödəyir. Məsələn, 400 manat dəyərində yollayış alınırsa, işçi onun ancaq 60 manatını ödəyir. Qalanı həmkarlar ittifaqı xətti ilə Dövlət Sosial Müdafiə Fondundan ayrılmış vəsait hesabına ödənilir. Əgər yollayış sosial sığortaya cəlb olunmayan şəxslərə verilirsə, onlar yollayışların 10 faizində güzəşt edilir. “Dövlət Sosial Müdafiə Fondu  ilə Həmkarlar İttifaqı Konfederasiyasının birgə işləyib hazırladığı qaydalar var. Qaçqın və məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri, şəhid ailələləri üçün ilk növbədə fond yaradılıb. Onlar pulsuz yollayışlarla təmin olunurlar. 2009- ci ildə 15 min yollayışdan 1500-ü tam güzəştlə pulsuz verilib. Bu il isə əgər 20 min yollayış olacaqsa, bundan 2 min yollayış pulsuz veriləcək”. “Azərkurort” Səhmdar Cəmiyətinin icraçı direktoru Vaqif Orucov saytımıza yollayışların qiymətinin 400-1000 manat arasında dəyişdiyini deyib. “Yollayışların verilməsində hər hansı bir problem olmur. Əhali pulunu ödəyib gedib müalicəsini alır. Keçən il qiymətlər necə idisə, indi də elədir. Artım olmayıb. Qiymətləri biz müəyyənləşdirimirik. Bu işlərə  Həmkarlar İttifaqı Konfedersiyası baxır”. 

Müasir tələblərə görə, yeməyin keyfiyyəti, çeşidin bolluğu, qab-qacağın, mebelin, yataq dəstlərinin yerində olması, sanitar-gigiyenik vəziyyət, suyun, elektrik enerjisinin verilməsindəki fasiləsizlik, xidmətçilərin, həkim və tibb bacılarının davranış mədəniyyəti, onların pasiyentlərlə ünsiyyət yaratmaq qabiliyyəti  sanatoriya-kurort həyatının kompleksini tamamlayan vacib elementlərdir. Bizim sanatoriyalarda belə tələblər varmı? Yəqin ki, bunu yolunu həmin müalicə müəssisələrindən salanlar daha yaxşı bilər.

Təhminə Paşayeva

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi