Modern.az

“Ərizəsini yazan işçiyə 5 aylıq kompensasiya veriləcək” - “Azəriqaz”

“Ərizəsini yazan işçiyə 5 aylıq kompensasiya veriləcək” - “Azəriqaz”

23 May 2014, 15:54



“Biz həmin işçilərlə görüşdük, vəziyyəti izah etdik. Proseslərin sonrakı inkişafından xəbərim yoxdur. Onların Rusiya səfirlyinə müraciət etməsini də saytlardan oxudum. Bu haqda nəsə deyə bilməyəcəyəm”.

Bunu Modern.az-a “Azəriqaz İstehsalat Birliyinin sözçüsü Araz Ağayev bildirib.

Birliyin mətbuat katibi onu da deyib ki, bildiriş paylanan şəxslər may ayının sonuna qədər işdən çıxma haqqında ərizəni yazacaqları təqdirdə, onlara 5 aylıq maaş kompensasiya olaraq veriləcək.

“Həmin kompensasiya üçün işçi özü müarciət etməlidir. Bu müddətə qədər müraciət etməyəcəkləri təqdirdə, həm işdən azad olunacaqlar, həm də onlara kompensasiya verilməyəcək”.

Qeyd edək ki, “Azəriqaz” İB-də struktur dəyişikliyi ilə bağlı 136-a yaxın qadın işçi ixtisara düşüb. İşdən çıxarılan qadın əməkdaşlardan bir qrupu Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Onlar Azərbaycan vətəndaşlığından imtina edərək Rusiya vətəndaşı olmaq istədiklərini deyirlər.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı