Modern.az

"O hakimlərin əleyhinə danışan deputatlar sonra onlardan müxtəlif xahişlər edəcəklər"

"O hakimlərin əleyhinə danışan deputatlar sonra onlardan müxtəlif xahişlər edəcəklər"

22 İyun 2010, 14:40

Modern.az xəbər verir ki, parlamentin bügünkü iclasında məhkəmə hakimlərinin təyin olunması məsələsinin müzakirəsində çıxış edən Zahid Oruc hakimlərin əleyhinə səsləndirilən fikirlərlə razılaşmayıb: “Burada qonaqlar var. Qonaqların yanında deputat həmkarlarıma qarşı çıxmaq istəmirəm. Biz bu iclasdan çıxandan 5 dəqiqə sonra o hakimlərin əleyhinə danışan bəzi deputatlar onlardan müxtəlif xahişlər edəcəklər. Hakimlərin nazmizədliyi Prezident tərəfindən irəli sürülüb. Milli Məclis də təsdiqləyir. Ona görə də hakimlər həmişə işlərində ədalətliyi gözləməlidirlər. Çünki, onlar həm Prezidenti, həm də Milli Məclisi təmsil edirlər. Bu gün Azərbaycan hakimlərinin qarşısında duran ən böyük vəzifə Xocalı soyqırımı ilə bağlıdır”.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü