Modern.az

Parlament digər məhkəmələrin də yeni hakimlərini təsdiqləyib

Parlament digər məhkəmələrin də yeni hakimlərini təsdiqləyib

22 İyun 2010, 14:52

Modern.az xəbər verir ki, parlamentin bügünkü iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin yeni hakimlərinin təsdiq olunması ilə bağlı məsələ müzakirə edilib. Hüqüq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, təyin olunacaq hakimlərin 27-si son dövrlər test üsuli ilə seçilənlərdi. “Düzdü onların təcrübəsi çox olmaya bilər, amma hamısı müasir standartlara cavab verən hakimlərdir. İndiyə qədər heç bir qanun pozuntusuna yol verməyiblər. Türkiyədə tədris kurslarından da keçiblər”.

Əli Hüseynov bildirib ki.  yeni hakimlərin təsdiq edilməsi ilə bağlı qanun layihəsi dövlət başçısı tərəfindən Milli Məclisə təqdim olunub. . Azərbaycanda məhkəmə-hüquq sistemində həyata keçirilmiş islahatlardan danışan komitə sədri deyib ki, 2007-ci ildən sonra parlamentdə qəbul olunan yeni qanunlar əsasında regional, apellyasiya, iqtisadi məhkəmələr yaradılıb. Ə.Hüseynovun dediyinə görə, son üç ildə 40-dan çox hakimin səlahiyyətlərinə xitam verilib, 100-dək hakim inzibati məsuliyyətə cəlb olunub. Əsaslandırılmamış həbs qətimkan tədbirləri seçdiklərinə görə, 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakimin xidmət yerləri dəyişdirilib. Sonra Ali Məhkəməyə 22, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə 6, apellyasiya məhkəmələrinə isə 53 hakim təsdiq olunub. Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə hüquq sistemində həyata keçirilən islahatların müsbət nəticələrindən danışıb, yeni hakimləri təbrik edib. Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi