Modern.az

Marneuldə azərbaycanlı ailəni zorla evindən çıxarıblar

Marneuldə azərbaycanlı ailəni zorla evindən çıxarıblar

22 İyun 2010, 19:24

Gürcüstanın Marneuli rayonunda 5 nəfər ailə üzvü olan  azərbaycanlı ailəsi qanusuz olaraq Çelokaşvili küçəsi, 5 ünvanında yaşadıqları evdən çıxarılıb. İki övlad atası olan  ailənin başçısı Ramil Musayev Modern.az-ın əməkdaşına bildirib ki, özəlləşdirdikləri ev onların xəbəri olmadan “Finco Bank” tərəfindən bu ilin fevralın sonunda hərraca qoyulub və satılıb.

Ramil Musayev həmin bankdan 3500 dollar məbləğində  kredit götürən bir şəxsə zamin durub. Kredit götürən şəxs banka faizləri vaxtı-vaxtında ödəsə də, son 2-3 ay ərzində səhhəti ilə əlaqədar ödəniş edə bilməyib. Bankın sənədlərində kredit verilən məbləğ 3100 dollar göstərilib. Kredit götürən şəxs 2043 dolları ödəyib və faizlə birgə ödəyəcəyi məbləğ 2300 dollar təşkil edir.

Qeyd edək ki, “Finco Bank”ın baş direktoru Azərbaycan vətəndaşıdır.

R.Musayevin sözlərinə görə, evin satılmasında qaranlıq məqamlar çoxdur. Belə ki, evin hərracda 4000 lariyə satıldığı bildirilsə də, evin yeni sahibi Leyla Xarişvili evi 10 min dollara aldığını deyir.  

Musayevlər ailəsi evlərinin satılmasında məhkəmə icraçısı Zaur Bejaşvili və müstəntiq Laşa Xarişvilinin (evin yeni sahibi Leyla Xarişvilinin əmisi oğlu-L.M.) xüsusi şəxsi maraqlarınin olduğuna əmindir. Evlərindən çıxarılan ailə məhkəmə icraçısı Zaur Bejaşviliyə üzləşdikləri problemlə bağlı dövlət başçısı Mixail Saakaşviliyə müraciət edəcəklərini deyib. Bejaşvili isə “kimə şikayət edirsən, et. Saakaşvili kimdir? Marneulidə qanun mənəm”- deyə cavab verib.

3 aydır ki, 5 yaşlı və 10 aylıq körpə ilə küçədə qalan ailə Prezident Aparatına, parlamentə və parlamentin azərbaycanlı deputatlarına, bütün dövlət strukturlarına müraciət etsə də, müraciətlərinə heç bir məhəl qoyulmayıb.

 

Lalə Musaqızı Tiflis, Gürcüstan

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər