Modern.az

Səlim Müslümovdan yeni təyinat

Səlim Müslümovdan yeni təyinat

27 May 2014, 15:26

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə müvafiq əmrə əsasən,  Nazirliyin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov ƏƏSMN-nin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin edilib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yeni direktora Mərkəzin fəaliyyət istiqamətləri üzrə məqsədyönlü işlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

ƏƏSMN-nin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin (Bakı şəhəri, Binəqədi rayonu, S. Bəhlulzadə küçəsi, 44) fəaliyyətinin yenidən qurulması üçün islahat tədbirlərinə başlanıb. Belə ki, Mərkəzdə müvafiq struktur dəyişiklikləri aparılmaqla, onun ölkədə əmək bazarı və əmək münasibətləri, sosial müdafiə, məşğulluq, əhali sakinliyi, proqnozlaşdırma məsələləri üzrə elmi-tədqiqat yönümlü fəaliyyəti gücləndiriləcək. Habelə əhalinin həyat səviyyəsini əks etdirən meyllərin tədqiqi, bazar iqtisadiyyatı şəraitində əməyin ödənilməsinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, əməyin nəticələri ilə əmək haqqının əlaqələndirilməsi sisteminin təkmilləşdirilməsi sahələrində müəssisə konkret işləri yerinə yetirəcək.

"Bununla yanaşı, nazirliyin fəaliyyət sahələri üzrə avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması, mütəxəssis heyətinin ixtisasının artırılması və peşəkarlıq səviyyələrinin yüksəldilməsində Mərkəzin aktiv iştirakı təmin olunacaq. Mərkəzin elmi təşkilatlar, müxtəlif ölkələrin müvafiq elmi qurumları və mötəbər beynəlxalq təşkilatlarla (BMT Əhali Fondu, Avropa Təhsil Fondu, Dünya Bankı, BƏT və s.) əməkdaşlıq əlaqələri gücləndiriləcək. Əmək və sosial müdafiə sahələrində qabaqcıl dünya təcrübəsi öyrənilməklə mütərəqqi islahatların aparılması ilə bağlı layihə və təkliflərin hazırlanması da Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri olacaq" - deyə nazirlikdən bildirilib.

Əsas məqsəd ƏƏSMN tərəfindən həyata keçirilən islahatlar proqramının institisional əsaslarının formalaşdırılmasında və sosial müdafiə tədbirlərinin təşkili zamanı elmi yanaşmaların tətbiqində Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin rolunun nəzərəçarpacaq dərəcədə artırılmasıdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir