|
|
İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov Modern.az-a bildirib ki, belə açıqlamalara çox da dərindən münasibət bildirməyi lüzumsuz hesab edir: “Yəqin ki, Cümşüd müəllim qarşıdan gələn parlament seçkilərinə qatılmaq məqsədi güddüyündən bu cür danışır. Mən ilk növbədə hər bir namizədə uğurlar diləyirəm. Ancaq onun Millli Məclisin İqtisadi siyasət komitəsində öz sahəsini dərindən bilən iqtisadçılar olmadığı haqda fikrini belə şərh edə bilərəm ki, bu əsassız və populist sözlərdir. Yeri gəlmişkən, qeyd edim ki, bu fikirdə bulunmaq istəyən insanlara mən Nazim Məmmədov olaraq master-klass keçməyə hazıram. Bilmirəm komitədə onun kiminlə şəxsi ədavəti var. Yəqin ki, o, Milli Məclisin komitələrinin funksiyalarını və strukturunu dərindən bilmir. Mən ümid edirəm ki, Cümşüd Nuriyev bundan sonra həm Milli Məclisin üzvləri haqqında, həm də komitələrin səlahiyyətləri haqqında daha ətraflı öyrəndikdən sonar fikir söyləyəcək. Televiziya ekranlarından demişdi ki, guya vaxtilə pensiyalarla bağlı qanun dəyişikliyi İqtisadi siyasət komitəsində baş verib və bizi bu məsələdə günahlandırmışdı. Mən fürsətdən istifadə edib onu diqqətcil olmağa çağırıram. Fikrimdə də qalıram ki, bizim komitəyə qarşı Cümşüd Nuriyev fikrində olan istənilən şəxsə master-klass keçməyə hazıram”.
Modern.az