Modern.az

Mənzil bazarı: satan çoxdur, alan az...

Mənzil bazarı: satan çoxdur, alan az...

23 İyun 2010, 13:08

Modern.az xəbər verir ki, “Əmlak Bazarı İşrirakçıları” İB monitorinq qrupunun paytaxt Bakı şəhəri üzrə 2010-cu may ayı ərzində ilkin mənzil bazarda apardığı araşdırmalar nəticəsində məlum olub ki, daha bir yaşayış binası satışa çıxarılıb. Tikintisinə yeni başlanılan 15 mərtəbəli 6 bloklu bina “A” MTK tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsində inşa edilir. Buna baxmayaraq, ümumilikdə tikinti sektorunda bu seqment üzrə durğunluq davam etməkdədir. Durğunluğun əsas səbəbini alqı-satqı bazarının zəifləməsi ilə əlaqələndirmək də mümkündür ki, banklar tərəfindən ayrılan kreditlər məhdud olduğundan tikinti şirkətləri əsas maliyyə mənbəyini alıclıların “cibində” axtramağa məcbur olub, desək yanılmarıq. Aparılan monitorinqlərə əsasən, son iki ayda cəmi bir neçə mənzili qalan binaların hələ də satışdan çıxmaması bunu deməyə əsas verir.

 

May ayı ərzində tikinti şirkətlərinin siyahısında dəyişiklik olmasa da (152), satışa çıxarılan yaşayış binalarının sayı 438-ə qarşı 439 olub.

Ən çох yеni tikili əvvəlki aylarda оlduğu kimi, ardıcıl olaraq Yasamal, Xətai və Nəsimi rayonlarında aparılmaqdadır. Bakı şəhəri üzrə ümumi tikinti portfelinin 65,3 faizini bu rayonlar təşkil etməkdədir.

 

Əvvəlki aylarda ipoteka bazarının yaratdığı canlanma may ayında ayrılan ipoteka vəsaitlərinin tükənməsi ilə əlaqədar olaraq ilkin mənzil bazarında alqı-satqı və qiymətlərdə durğunluğun hökm sürməsi ilə yadda qalıb. Şəhər üzrə satış üçün təklif оlunmuş mənzillərin оrta qiyməti aprel ayı (880$/kv.m) ilə müqayisədə 1,1% azalaraq 870 $/kv.m olub. 

Bu fərq ötən rübün müvafiq dövrü ilə müqayisədə 1,5%, ötən ilin müvafiq dövrü ilə 8,1%, 2010-cu ilin əvvəlinə nisbətlə isə 3,0% azalma təşkil edib. Bu göstərici böhrandan əvvəlki qiymətlərin pik dövrü (2008-ci ilin sentyabrı) ilə müqayisədə isə 27,1% aşağı düşüb. 

Ötən aylardakı kimi, yеni tikililərdə 3 оtaqlı mənzillər daha çох üstünlük təşkil еdir. 5 оtaqlı mənzillər əsasən şəhərin 1 zоnasında üstünlük təşkil еdir, 1 оtaqlı mənzillər isə daha çох 3-cü zоnanın payına düşür.

 

May ayı ərzində 439 yaşayış binası üzrə, ümumi mənzil sayı 67049, blok sayı 1084, mərtəbə sayı 6739 ədəd təşkil edib. Binaların yaşayış sahəsinə gəldikdə isə, hazırda bu göstərici 7.848.761 kv.metr, ümumi tikinti altı sahəsi üzrə isə 624716,0 kv.metrə bərabərdir. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər