Modern.az

Memarlar İttifaqının sədri: “Bizim ittifaqda ştat vahidi yoxdur”

Memarlar İttifaqının sədri: “Bizim ittifaqda ştat vahidi yoxdur”

31 May 2014, 13:41



Modern.az
yaradıcı birliklər haqqında silsilə yazılarını davam etdirir. Bu dəfə Azərbaycan Memarlar İttifaqından danışılacaq.

Memarlar İttifaqı digər yaradıcı qurumlara nisbətən istehsalatda öz məhsuldarlığı ilə seçilir. Belə ki, şəhər salınma və layihə çəkmə işlərində bu ittifaqın üzvlərinin    xidmətləri böyükdür.

Azərbaycan Memarlar ittifaqının son qurultayı 2012-ci ilin noyabrında keçirilib. Həmin qurultayda üzvlər idarə heyətini bu cür müəyyən edib: İdarə Heyətinin sədri Elbəy Qasımzadə, katiblər professor Gülçöhrə Məmmədova ( Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru), Fərhad Mollazadə, məsul katib isə Elçin Əliyevdir. Qurum Beynəlxalq Memarlar İttifaqının da üzvidir. əsas fəaliyyət istiqaməti müasir şəhərsalınma proseslərində yaradıcı rol oynamaq, abidə və tarixi tikililərin mühafizəsini  nəzəri cəhətdən həyata keçirməkdir.

İttifaqın sədri, əməkdar memar Elbəy Qasımzadə Modern.az-a açıqlamasında ittifaqın əslində simvolik  xarakter daşıdığını bildirib:
“Azərbaycan  Memarlar İttifaqı bu gün memarların bir araya yığışıb yaradıcı müşavirələri üçün aktual rol oynayır. əsasən bizim işimiz memarların birliyini yaratmaq onlarla xarici memarlar  arasında dostluq əlaqələrini qurmaqdır. Bizdə ştat  vahidi də yoxdur. Üzvlər özləri bizim ittifaqa üzvlük haqları ödəyirlər. Bura sosial  bir yerdir. Memarların iş prosesi tam sərbəstdir. Onların başqa yerdə çalışıb bura ilə əlaqələrini davam etdirirlər”.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!